Nadir Qafarzadə Aygün Kazımovanın ad günündən danışıb. O, Lent.az-a bildirib ki, A. Kazımovanın ad gününü gecə saatlarına qədər qeyd ediblər: “Ötən gün Aygün Kazıımova doğum gününü qeyd edirdi. Mən də bir yaxın dost kimi onun xoş günündə yanında olmaq, ona xoş sözlər söyləmək istədim. Elə istəyimi də həyata keçirdim. Ona sürpriz etmək üçün onlara qonaq getdim. O da mənim bu addımımı yüksək dəyərləndirdi. Baxmayaraq ki, bir zamanlar aramızda kiçik anlaşılmazlıqlar olmuşdu. Biz bu neqativlərin üstündən keçməyi bacardıq. Çünki onunla dostluğumuz uzun illərdir ki, davam edir. Aygün Kazımova bir xanım kimi, bir ifaçı kimi Azərbaycan şou-biznesi adına çox şeylər edib, bu danılmazdır, bir “Diva”mız var. Şou aləminə təzə gələn gənclər də yeni bir şey etmirlər, Aygünü təkrarlayırlar. Sonda ona arzum da var. Düzdür, arzular sonsuz olsa da, ən əsası Allah ona uzun ömür, can sağlığı versin. Övladının toyunu, xoş günlərini görsün. Çünki, buna layiqdir ”.
Qeyd edək ki, A. Kazımova 1971-ci il yanvarın 26-da Bakıda doğulub. 1988-ci ildən sənətdədir, İlqarə adında bir qızı var.