Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçiriləcək “Golden Sparkles European Music” festivalına ilk dəfə olaraq Azərbaycan təmsilcisi də qatılacaq. Lent. az-ın məlumatına görə, müsabiqədə ölkəmizi 5 yaşlı Selcan Müseyibova təmsil edəcək. Sözləri və musiqisi Məryəm Əlibəyliyə məxsus "Oxuyaq nəğmələri" mahnısını oxuyacaq. O,” Cücələrim” uşaq qrupunun solistidir. Festivalda 30-a yaxın ölkənin uşaqları iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüseyn Cavadzadə Lent. az-a festival barədə danışıb: "Bu ilki təmsilçimiz Selcan çox istedadlıdır. Mən çox peşəkarlarla çalışmışam. Amma bu balaca qızcığaz məni təəccübləndirməyi bacardı. Əminəm ki, Selcan çox yaxşı nəticələrlə geri dönəcək".

Oxşar yazılar

Cennifer Lopesə səhnədə evlilik təklifi
18 iyul 2025 , 11:51
Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26
Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq
16 iyul 2025 , 12:39