"Qadın yaxşı həyat yoldaşının xəyanətini bağışlayır"
24 iyun 2022 09:17 (UTC +04:00)

"Qadın yaxşı həyat yoldaşının xəyanətini bağışlayır"

Xanəndə: "Qadın yaxşı ərin xəyanətini bağışlayır"

Xalq artisti Mələkxanım Əyyubova və Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında kişi xəyanətindən danışıblar.

Lent.az xəbər verir ki, xanəndə qadının ərin xəyanətini bağışlamasından danışıb:

"Qadın bilir ki, həyat yoldaşı bu cür insan deyil. Hər zaman ailəsinə bağlı, yoldaşına sadiqdir. Necə oldu onu yolundan azdırdılar? Onu arayıb araşdırıb, qoruyub... Ailəsinin xətrinə yaxşı həyat yoldaşını qoruyur. Bunu el içində pərt etmədən, məsələni ictimailəşdirmədən edər. Yaxşı həyat yoldaşını qadın qoruyar".

Aparıcı isə onun dediklərinə "Bağışlanmaq üçün belə yaxşı və ideal həyat yoldaşı olmalısan. Səhvin olsa belə, sən nə qədər yaxşı həyat yoldaşı olmalısan ki, qadın səni bağışlasın. Deməli bağışlanan kişilər yaxşı həyat yoldaşıdır" - reaksiyasını verib.  

 

"Qadın yaxşı həyat yoldaşının xəyanətini bağışlayır"

# 2205
avatar

Nigar Namiq

Oxşar yazılar