Xalq artisti Tünzalə Ağayeva Əməkdar artist Vasif Məhərrəmli barədə söylədiyi “Oxuya bilmirsən” sözlərinə yenidən aydınlıq gətirib.
Lent.az-ın məlumatına görə, müğənni "Şourum" verilişində deyib: "Dilarə Kazımovanı 3 dəfə oxutdum, mahnıdan doymurdum. Onun dalğasında mikrofonu aldım, musiqiçilərdən xahiş etdim ki, tempi saxlayın. Düşündüm ki, Vasif coşdu, deyir mən də oxuyum. Ritmdən çıxmadım, sözü elə dedim. Əslində demək istəyirdim ki, Vasif, bu janr sənlik deyil. Onu qısaldıb dedim. Sonra videoya baxanda gülməkdən yerə yıxıldım.
Vasif medianın əlindən ağlayırdı, bütün sənət adamları onu sakitləşdirirdi. Saytlar çox yazdı: Tünzalə Vasifi boğdu, öldürdü, əzdi. Dedim, Vasif rahatlan. Amma o rahatlıq ala bilmədi. Həssas nöqtəsi var idi, çözmək istədi. Mən də ona bu şəraiti yaratdım, dedim, gəl danışaq".