Teylor Sviftin konsertini qan gölünə  çevirəcəkdi:  İŞİD   silahlısına 20 il həbs tələbi
18 fevral 2026 11:57 (UTC +04:00)

Teylor Sviftin konsertini qan gölünə çevirəcəkdi: İŞİD silahlısına 20 il həbs tələbi

0

Avstriya prokurorluğu 2024-cü ildə dünya şöhrətli müğənni Teylor Sviftin Vyana konsertlərində  terror aktı planlaşdıran 21 yaşlı Beran A.ya qarşı "terrorizm" maddəsi ilə cinayət işi açıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İŞİD terror təşkilatına mənsub olan şübhəlinin evində qəlpəli bomba istehsal etdiyi və odlu silah əldə etməyə çalışdığı sübuta yetirilib.

İstintaq materiallarından məlum olub ki, terrorçunun hədəfləri yalnız Vyana ilə məhdudlaşmayıb; o, eyni zamanda İstanbul və Dubay kimi böyük şəhərlərdə də qanlı aksiyalar keçirməyi planlaşdırıb.

Terror təşkilatına üzvlük və partlayıcı maddə hazırlamaqda təqsirləndirilən Beran A.-nı 20 ilədək həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar