Türkiyənin tanınmış müğənnisi Tarkan övladının gələcəyindən narahatdır.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb:
“Ata olaraq övladımın gələcəyi üçün çox narahatam. Hansı ana-ata övladını müharibə, aclıq, uşaq istismarı, yox olan təbiətin, hər cür şiddətin olduğu bir dünyanın qucağına qoymaq istəyər ki...”.