Tanınmış stilistə qarşı avtoxuliqanlıq edən  CƏRİMƏLƏNDİ
05 noyabr 2022 18:45 (UTC +04:00)

Tanınmış stilistə qarşı avtoxuliqanlıq edən CƏRİMƏLƏNDİ

Stilist Anar Ağakişiyevə qarşı avtoxuliqanlıq edən şəxslə bağlı dünən xəbər vermişdik.

Bu gün isə məsələ ilə bağlı yeni xəbər var.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Araz Əsgərlinin Lent.az-a verdiyiməlumata görə, qanunun tələblərini pozan şəxs barəsində inzibati qaydada protokol tərtib edilib və cərimə olunub.

Bununla bağlı A. Ağakişiyevlə də əlaqə saxlanılıb və ona bildirilib ki, saxlanılan şəxs kifayət qədər ciddi məbləğdə cərimə olunub:

"Sözün düzü, cərimənin məbləği haqqında məlumatım yoxdur, ancaq mənə qarşı avtoxuliqanlıq edən şəxs barəsində cinayət işi açılıb. Azərbaycan tamaşaçısı şərhlərdə ona demədiyi söz buraxmadılar. Ad və soyadını hüquqşünasım bilir, deyə bilmərəm. bircə onu bilirəm ki, kiminsə sürücüsü idi həmin şəxs. Vəzifəsi sürücüdür və həmin vaxt maşında tək idi. Mənə verilən məlumata görə, işindən də azad edilib. 

Yeddi illik sürücüyəm və ən azından həmin vaxt vəziyyəti idarə edə bildim. Mənim yerimdə hansısa peşəkar olmayan xanım, və ya kişi sürücü ola bilərdi. Allah uzaq eləsin, bədbəxt hadisə baş verə bilərdi", - Anar Atakişiyev bildirib. 

# 2964
avatar

Nigar Namiq

Oxşar yazılar