Tanınmış azərbaycanlı aparıcı yıxılıb  QOLUNU SINDIRDI
11 noyabr 2021 12:06 (UTC +04:00)

Tanınmış azərbaycanlı aparıcı yıxılıb QOLUNU SINDIRDI

İTV-ın tanınmış aparıcısı Jalə Həsənlinin bədbəxt hadisə ilə üzləşib.

Lent.az-ın məlumatına görə, o, Dənizkənarı parkda baş tutan Zəfər Gününə həsr edilmiş konsertdə yıxılaraq qolunu sındırıb.

Buna baxmayaraq, Jalə konserti aparmağa davam edib. Bu barədə aparıcı, “Instagram” hesabından paylaşım edib.

O, paylaşımında “Necə deyərlər, igid odur, atdan düşə atlana, igid odur, hər əzaba qatlana. Yıxılsam da, ayaqdayam. Maraqlanan dostlar, hər birinizə təşəkkür edirəm. Narahat olmayın, qolum 2 nahiyədən sınıb, həkim toparlamağa çalışıb. Hər şey əladır, buna da şükür”, -  qeydini edib.

 

# 5406
avatar

Sevinc Fərid

Oxşar yazılar