Tanınmış aktyor "Oskar" mərasimində səhnəyə lüt çıxdı
11 mart 2024 10:29 (UTC +04:00)

Tanınmış aktyor "Oskar" mərasimində səhnəyə lüt çıxdı

Hollivud ulduzu Con Sena "Oskar" mərasimində səhnəyə çılpaq çıxıb.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 46 yaşlı aktyor "Ən yaxşı kostyum dizaynı" mükafatını təqdim eləmək üçün qeyri-adi üsul fikirləşib. O səhnəyə çılpaq çıxaraq, intim bölgəsini adi karton kağızla gizlədib. Mükafatı təqdim edərkən  problem yaranmasın deyə, aktyorun çılpaq bədəni pərdə ilə örtülüb.

Sosial şəbəkələrdə bu görüntülər geniş müzakirələrə səbəb olub. İzləyicilər aktyorun  yaxşı formada olduğunu bildiriblər.


 

# 4893
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar