Müğənni Sevda Sanalıyeva bir zamanlar rəqqasəlik etməsindən söz açıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Xəbər ətər” verilişində bu sözləri deyib:
“Həyatımda ən böyük arzum müğənni olmaq idi. Amma necə oldusa, rəqqasəlik etdim. Amma peşman da deyiləm. Rəqqasəliyə başlayanda rəqs müəllimim olmayıb. Sadəcə, videolarda rəqslərə baxıb öyrənirdim. Nə yaxşı ki, birinci rəqqasə olmuşam. Sevinirəm ki, rəqqasə kimi bir nümunə olmuşam”.