Seda Sayan və əri  xəstəxanalıq   oldular
31 oktyabr 2023 17:57 (UTC +04:00)

Seda Sayan və əri xəstəxanalıq oldular

Tanınmış müğənni Seda Sayan və əri Çağlar Okten xəstəxanaya yatırlıblar.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Seda Sayan öz sosial şəbəkə hesabında məlumat verib.

Konsertdən sonra halı pisləşən müğənniyə təcili tibbi yardım göstərilib.

Qolundakı iynə ilə birlikdə şəklini paylaşan müğənni virusa yoluxduğunu yazaraq, hamıya özünü qorumağı, heç kimlə qucaqlaşıb, öpüşməməyi tövsiyə edib.

İlkin yardımdan sonra müğənni və ərinin müalicəsi evində davam etdirilir.

# 5304
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar