"Şaban"ın  azərbaycanlı gəlini   2-ci dəfə koronavirusa yoluxdu - FOTO
23 fevral 2022 17:00 (UTC +04:00)

"Şaban"ın azərbaycanlı gəlini 2-ci dəfə koronavirusa yoluxdu - FOTO

Türkiyəli aktyor Ali Sunal və azərbaycanlı həyat yoldaşı Nazlı Sunal ikinci dəfə koronavirusa yoluxub. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük xəstəliyi yüngül keçirdiklərini və evdə karantinə alındıqlarını bildirib. 

Xatırladaq ki, Ali Sunal keçən il koronavirusa yoluxmuşdu. Xəstəliyi ağır keçirən aktyorun vəziyyəti pisləşdiyi üçün bir müddət xəstəxanada müalicə almışdı. 

Ali Sunalın həyat yoldaşı, azərbaycanlı vəkil Nazlı Sunal yuxarı təbəqənin tanıdığı Bülənt Qurbanzadənin qızıdır. Onlar 2018-ci ildə ailə həyatı qurub. Cütlüyün 2 övladı var. 

Ali Sünal Türkiyənin mərhum məşhur aktyoru Kamal Sünalın oğludur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4707
avatar

Sevinc Fərid

Oxşar yazılar