Röya Ayxan, Səidə Sultan
12 aprel 2021 09:46 (UTC +04:00)

Röya Ayxan, Səidə Sultan

Röyadan qalmaqalda olduğu Səidəyə CAVAB: "Ailəsi ilə..."

Əməkdar artist Röya Ayxan qalmaqalda olduğu həmkarı Səidə Sultan barədə danışıb.

Lent.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişində bu sözləri deyib:

“Bu problemdən heç başım çıxmır. Hələ də axtarıram bu problemi tapa bilmirəm. Ona hər zaman dəstək olmuşam. Çox istəmişəm. Ailəsi ilə də dostam. Çalışmışam ki, yanında olum. Bilmirəm, nə baş verdi? Allah bilən məsləhətdir. Səbəbini bilmədiyim üçün heç nə deməyəcəm. Bilmirəm, eşitməmişəm. Ona görə bir gün üstü açılarsa, mən tərəfdən sıfır reaksiya olacaq”.

Qeyd edək ki, Röya ilə Səidə arasında qalmaqal imic üzərində olmuşdu. Səidə iddia etmişdi ki, Röya onun stilini təkrarlayıb:

"Röyanın "Instaqram"da xəbər səhifələrindən sildirdiyi şəkli istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6534
avatar

Yalçın UĞUR

Oxşar yazılar