Sentyabrda özünə təmtəraqlı toy edən müğənni Səidə Sultanın toyunda həmkarı Sevda Yahyayeva iştirak etməyib. Çünki Səidə onu toyuna çağırmayıb.
Lent.az-ın xəbərinə görə, Səidənin Sevdanın toyuna çağırılmamasını Xalq artisti Röyanın istəməməsi barədə iddialar səslənib.
Bu iddialara cavab verən Sevda Yahyayeva qeyd edib ki, Röya ona bu barədə bir söz deməyib.
“Səidə toyumda iştirak etməyib. Yəgin ki, buna görə öz toyuna da məni çağırmayıb. Amma Səidə toyuna dəvət etsəydi, gedərdim. Mənim toyum pandemiya dövrünə təsadüf etdiyinə görə, arzuladığım insanların çoxunu, o cümlədən Səidəni dəvət edə bilmədim. Cəmi 150 nəfərə icazə vardı. Röya ilə qəti əlaqəsi yoxdur. Röya insanlara nə şərt qoymağı, nə də ki, şərt qəbul etməyi sevir. Bizim belə bir söhbətimiz olmayıb”,- deyən Sevda Səidəyə ana olmağı arzu edib.