Xalq artisti Röya Ayxan, müğənni Səidə Sultan
08 aprel 2021 10:41 (UTC +04:00)

Xalq artisti Röya Ayxan, müğənni Səidə Sultan

Röya qalmaqalda olduğu Səidəyə barışıq əli uzatdı - CAVABI... - FOTOLAR

Xalq artisti Röya Ayxan qalmaqal yaşadığı və küsülü olduğu həmkarı Səidə Sultana barışıq əlini uzadıb.

Lent.az-ın məlumatına görə, Röya Səidənin “Bağışla” adlı klipini "Instaqram"ının “Store” bölməsində paylaşayaraq, “Səidəylə 1980-cı illərə dönəkmi? Bu gün ilk dəfə izlədim. Gözəl işdi və zəhmət var”, - sözlərini qeyd edib.

Səidə isə onun barışıq jestinə özünəməxsus cavab verib. Səidə "Instaqram" səhifəsinin “Store” yerində Röyaya bu sözləri ünvanlayıb:

“Nə yaxşı ki, bu mahnı məhz bu gecə yadına düşdü. Allah bağışlasın səni, 1980”.

Qeyd edək ki, Röya ilə Səidə arasında qalmaqal imic üzərində olmuşdu. Səidə iddia etmişdi ki, Röya onun stilini təkrarlayıb:

"Röyanın "Instaqram"da xəbər səhifələrindən sildirdiyi şəkli istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir".

 

Xalq artisti Röya Ayxanın həmkarı Səidə Sultanla bağlı paylaşımı 

Müğənni Səidə Sultanın hımkarı Röya Ayxana cavabı

# 12108
avatar

Yalçın UĞUR

Oxşar yazılar