Xalq artisti Röya verdiyi müsahibələrdən birində maraqlı açıqlama edib.
Lent.az-ın xəbərinə görə, müğənni ən çox Əflatun Qubadovun “Atamla oynayım mən” mahnısını dinləyib, rəqs elədiyini deyib.
“Bunu heç kimdən gizlətmirəm. Bütün dostlarım bilir. Kefim olmayanda bu mahnını çaldırıb rəqs edirəm. “Atamla oynayım mən” kefimi açan musiqidir”, - deyə Xalq artisti bildirib .