Müğənni Rəqsanə İsmayılova, Zenfira İbrahimova
26 aprel 2021 14:35 (UTC +04:00)

Müğənni Rəqsanə İsmayılova, Zenfira İbrahimova

Rəqsanənin cavabını verdi: "Adam gördüyünü danışar, ayıb deyil..."

Müğənni Zenfira İbrahimova həmkarı Rəqsanə İsmayılovanın tənqidi fikirlərinə münasibət bildirib.

Lent.az-ın məlumatına görə, Zenfira “Birə-bir” verilişində deyib: 

“Rəqsanənin dediyi sözlərin heç birinin mənə aidiyyatı yoxdur. Mən o mövzuda özümü görmürdüm deyə, açıqlama da vermirdim. Başqa mövzu olsaydı, cavab verərdim. Rəqsanə xanımın gördüyü kimlərdisə, mən bilmirəm. Adam gördüyünü danışar. Mən Moskvada elə şeylər görməmişəm. Bu gün kimsə balası üçün başqa ölkəyə çörək pulu qazanmağa gedirsə, bunun nəyi pisdir? Hər kəsin əziyyətli günü olub. Burada pis nəsə yoxdur. Deyib ki, kafedə oxuyurlar. Kafedə oxumaq ayıb bir şey deyil. ”. 

Qeyd edək ki, Rəqsanə Moskvada çıxış edən azərbaycanlı müğənnilər barədə bu sözləri demişdi: "Gəlmisiz məclis oxuyasınız, başqa hərəkətlər etməyə gəlməmisiniz. Sözüm kimədirsə, götürəcək. Üç-dörd gün əvvəl eşitdiyim sözə görə bunları deyirəm. Əgər yenə eşitsəm, həmin insanların adını açıqlayacam, deyəcəm, yiyələri gəlib onları buradan aparsın. Pulu sevməyin, hər zaman olacaq, ruzini Allah verəcək. Mən 10-15 il oxumasam, acından öləsi biri deyiləm. Bəlkə tək olsam gəlib kafedə oxuyardım, amma sizin oxuduğunuz kafelərə baxanda adam utanır.
İndi elə xalq artistləri var ki, bir toy idarə edə bilmir. Ad almaq o demək deyil ki, sənəti var. İndi heç bir toydan qıtlıq çəkmirəm. Gedib 50-60 min rubla konsert vermirəm. Konsert kafedə yox, sarayda olar. Burada konsert verən müğənnilərdən əvvəl o təklif mənə gəlib. Nə övladıma imkan vermişəm, nə də özüm etmişəm.
Bilirəm, bir ildən çoxdur toy, iş yoxdur. Bura pul qazanmağa gəlirsiz. Ömrüboyu pul qazanan musiqiçi puldan ötrü bir-birini qırır. Bəs, fəhlə nə etsin? Bakıda toy üstündə bir-biri ilə dalaşanlar, hamısın gətirib Rusiyaya çıxarmısınız. Burada dava yox idi, indi Bakıda olanları burada yaşayırsınız. Pul üstündə bir-birilərini qırırlar. Bilirəm, hamınızın övladı, ailəsi, krediti var. Amma gəlin qazanın, ağılla-başla. Damağınızda siqaret, oturursuz kişilərin içində. Siqareti kişi çəkər. Mən də musiqiçilərlə çalışıram. Hamısını gəlib danışırlar. Yoldaşınıza kənardan kimsə baxıb ələ salmasın".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6027
avatar

Yalçın UĞUR

Oxşar yazılar