“Qonaq gəlmək istəyəni   qəbul etmirəm”- Nazilə Səfərli
12 mart 2024 19:17 (UTC +04:00)

“Qonaq gəlmək istəyəni qəbul etmirəm”- Nazilə Səfərli

Şairə və toy aparıcıs Nazilə Səfərli sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Lent.az-ın xəbərinə görə, o prodüsserlərə üz tutaraq, onu efirlərə çağırmamağı xahiş edib:

"Bütün televiziyalarda çalışan prodüsserlərə üz tuturam, artıq dəcərədə xahiş edirəm, məni 2 ay efirə çağırmayın. 

Bəziləri deyəcəklər ki, minnətin olsun, camaat efirə çıxmaq üçün pul ödəyir, səni pulsuz çağırırlar, naz edirsən. İnanın ki, evdə qab-qaşığın, zibil qabının yerini bilmirəm.

Kimsə bizə qonaq gəlmək istəyəndə "efirdəyəm" deyib onu qəbul etmirəm. Elə başa düşürlər ki, bunu simicliyimdən edirəm. Sadəcə çatdırmıram. Xətrinizə dəyə bilmirəm. Birinə gedib birinə getməyəndə inciyirlər". 

# 20064
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar