Dubayda bir zərgəlik dükanı qızıldan hazırlanmış alt paltarını satışa çıxarıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yüksək əyarlı qızıldan hazırlanmış gecəliyin çəkisi 750 qramdır.
Hələlik alıcısı olmasa da, onun çox baha qiymətə satılacağı şübhə doğrumur. Sosial şəbəkələrdə bu paltar barədə “din qardaşlarımız yenə görgüsüzlük eləyib” “Dilan Polat həbsdə olmasaydı, bunu mütləq alardı” şəklində paylaşımlar ediblər.