Son zamanları adından çox söz etdirən müğənni Zeynep Bastık açıq- saçıq geyimləri və cəsarətli pozları ilə yenidən diqqət çəkib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bir neçə gün öncə qaraçılar kimi toy edib ərə gedəcəyi bildirilən Zeynep Bastık , toy yox, qaraçı konseptində ad günü edərək izləyənlərinə sürpriz edib.
“Mənim ərə gedəcəyim barədə xəbərlər sadəcə iddia idi. Sizə pis bir xəbərim var. Evlənmirəm!”deyə o sosial şəbəkə hesabında paylaşım edib.
Zeynep Bastıkın qırmızı libasda paylaşdığı fotolarında bədəninə vurduğu döymələr diqqət çəkib.