"Problem  "TikTok"da deyil,  insanlardadır” - Azər Aydəmir
20 sentyabr 2023 14:03 (UTC +04:00)

"Problem "TikTok"da deyil, insanlardadır” - Azər Aydəmir

Tanınmış aktyor Azər Aydəmir “ TikTok” sosial şəbəkəsinin Azərbaycanda müvəqqədti bağlanmasına münasibət bildirib.

Lent.az-ın xəbərinə görə, aktyor öz sosial şəbəkə hesabında yazıb.

“Ölkə ərazisində "TikTok"un məhdudlaşdırılmasına sevinənləri anlamayanlar hər zaman eyni arqumenti gətirir. Problem "TikTok"da  deyil, insanlardadır. "TikTok"da kifayət qədər maraqlı kontent var.  Xub. İndi biz o qədər antihumanist davranıb insanımızı söyə bilmərik axı. Odur ki "TikTok" bağlansın”- o bildirib.

# 7971
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar