“Bayağı ifaçıların heç zaman qarşısını almaq olmaz. Çünki sosial şəbəkələr çoxdur. Əvvəllər də bayağı ifaçılar olub. Amma televiziya az olduğu üçün onları efirə buraxmayıblar. İndi bayağı ifaçılar və mahnılar sosial şəbəkələrdə qəbul olunur. Çünki orada hər səviyyədə elə insanlar var”
Lent.az-ın xəbərinə görə , bu fikri Əməkdar artist Almaz Ələsgərova teleproqramlardan birində səsləndirib.
“Bayağı mahnıları xoşlayan nə qədər insane var. Həmin insanlar toy edəndə də elə bayağı müğənniləri məclislərinə dəvət edirlər. Deyir ki, o mənim sevimli müğənnimdir. O da toya gəlir, toydan toy tutub gedir. Elə də populyarlaşır”, - deyən müğənni bildirib ki, bayağı ifaçıları səhnədən yığışdırmaq olmaz. Çünki onlar özlərini lazımsız hiss edəndə bu sənətdən çıxıb gedəcəklər.