Nigar Camalın adından istifadə edib  görüşə çağırdılar
04 mart 2024 10:59 (UTC +04:00)

Nigar Camalın adından istifadə edib görüşə çağırdılar

“TikTok”-da müğənni Nigar Camala qarşı dələduzluq edilib.

Lent.az-ın xəbərinə görə, bir nəfər pul qarşılığında arzu edən şəxsləri Nigar Camalla görüşdürə biləcəyini  yazıb. Məsələdən xəbər tutan müğənni öz sosial şəbəkə hesabından ona inanmamağa çağırıb.

Elşad Eldar oğlu Məmmədov adlı həmin şəxs müğənninin pərəstişkarları ilə danışıqlarını və şəkillərini  şantaj məqsədi ilə istifadə edib. O Nigar Camalla görüşmək istəyən qızları görüşə dəvət edib.

# 33582
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar