Əməkdar artist Xumar Qədimova
30 aprel 2021 16:30 (UTC +04:00)

Əməkdar artist Xumar Qədimova

“Nələr çəkdiyimi bir Allah bilir” – Xumar Qədimova - VİDEO

Əməkdar artist Xumar Qədimova keçmişindən söz açıb.

Lent.az-ın məlumatına görə, müğənni “Özəl” verilişində deyib:

“Keçmişə bağlı insanam. Psixoloqla söhbət elədim, o mənə dedi ki, bu sənin xarakterindir. Məktəbdə “Son zəng”im olanda hamı gülürdü, sevinirdi, amma mən boğulurdum. İkinci keçid dövrüm ali təhsil aldığım illər idi. Son imtahanım idi, hamı getdi, mən pilləkənlərdə oturdum və düşündüm. Sonra özüm-özümə təsəlli verdim ki, Xumar, dur ayağa, həyat davam edir.

Nələr çəkdiyimi bir Allah bilir. Bacımın toyunun səhəri hamı gülürdü, mən ağlayırdım. Mən dünənə qayıtmaq istəyirdim. Amma anlaya bilmirdim ki, dünən getdi, geri qayıtmaz”. 
 

Əməkdar artist Xumar Qədimova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5715
avatar

Yalçın UĞUR

Oxşar yazılar