Natiq Şirinov və Alim Qasımovun heyrətləndirici  TOY QİYMƏTLƏRİ
29 fevral 2024 18:07 (UTC +04:00)

Natiq Şirinov və Alim Qasımovun heyrətləndirici TOY QİYMƏTLƏRİ

Xalq artisti Natiq Şirinov sosial şəbəkə hesabında özünün və qudası, Xalq artisti Alim Qasımovun toy qiymətləri barədə bildiriş yerləşdirib.

Lent.az-ın xəbərinə görə, o “Natiq” ritm qrupunun fantastik qiymətlərini açıqlayıb. 

Onun toy qonorarı 1500 manatla 45 min manat arasında dəyişir.  Nağaraçı toyda açılış və aş gətirmə mərasimi üçün 15 nəfərlik musiqiçinin iştirakı ilə 10 min manat tələb edir. Gəlin gətirdi, açılış, aşgətirdi və yallı üçün musiqiçiyə 25 min manat, qavaldaşı üçün isə 17 min manat qonorar ödəməlisiniz.

Onlarla birlikdə Alim Qasımov da məclisdə yer alarsa, qiymət 30 min manata qədər yüksəlir. Qrupun “Premium paket” adlandırdığı xidmət isə 45 min manat təşkil edir. 

# 7131
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar