Natavan Nadirlə Fatimə haqqında ELƏ SÖZLƏR DEDİ Kİ ...
04 may 2022 12:03 (UTC +04:00)

Natavan Nadirlə Fatimə haqqında ELƏ SÖZLƏR DEDİ Kİ...

Müğənni Natavan Həbibi onun haqda danışan müğənni Nadir Qafarzadə və rəqqasə Fatimə Fətəliyevaya cavab verib.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb:  "Mənə əziz olmayan şou əhli, sözüm sizlərədir. Gedin, heç kimə lazım olmayan işinizlə məşğul olun. Qudurmayın! Dostluq etmək, məclisə qatılmaq istəmədiklərim, özünüzə hörmət qoyun. 

Kamera qarşısında şirə dönməyin, tanıyırıq hamınızı. Mənim efirə çıxmağımın ilk səbəbi elə siz olacaqsınız. Sizi tanımayanlara sizi tanıdacağam. Maskalarınızı çıxardın!

Haqıımı, haqqınızı istədiyim yerdə haqqıma girdiniz. Allah ağıl versin. Sizə elə bu da azdır. Sizi adam, insan, sənətçi, sənətkar yerinə qoyan olmayıb, elə də qalacaqsınız. Qulluqçu, kloun vəziyyətində. Özünüz özünüzə hörmət qoymadınız. Aparıcıların, kanal işçilərinin köməkçiləri kimi danışdınız. Öz haqqınızı tapdaladınız, bizə qarşı çıxmaqla. Nə gündəsiniz?".

Qeyd edək ki, müğənnilər Xatirə İslam, Natavan Həbibi verilişlərə çıxmaq üçün kanal rəhbərlərindən qonorar istəyib. Bir neçə gün əvvəl Fatimə onların ünvanına "Siz əlçatmaz deyilsiniz" açıqlamasını verib.

Nadir Qafarzadə isə "Natavanın son zamanlar ulduzluğu tutub. Dostlarını da saymır, unudub. Elə insanlar var ki, uzunmüddətli dostluğu bacarmır. Dostu ilə  düşmənini ayırmır".


# 3960
avatar

Yalçın UĞUR

Oxşar yazılar