Dünən İstanbulda narkotik istintaqı çərçivəsində saxlanılan məşhurlardan 9-u sərbəst buraxılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, dindirilmə prosesi başa çatdıqdan sonra aralarında tanınmış simaların da olduğu şübhəlilər əvvəlcə tibbi müayinədən keçirilib. Daha sonra onlardan qan, saç və sidik nümunələri götürülüb.
Prosedurlardan sonra məşhurların 11-i məhkəməyə sövq edilib, aralarında 9 nəfər isə sərbəst buraxılıb.
Sərbəst buraxılanların siyahısı:
Tan Taşçı
Fatih Karaca (Mabel Matiz)
Feyza Civelek
Onur Tuna
Osman Haktan Canevi
Özgür Deniz Cellat (Blok3 - Hakan Aydın)
Tarık Tunca Bakır
Zehra Hanzade Gürkanlar
Yasemin İkbal.
Rəhman Mirzəlizadə
***
21 may, saat: 09:48
İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində 25 şübhəli barəsində saxlanılma qərarı verilib, onların 14-ü saxlanılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqında yeni əməliyyat keçirilib. Saxlanılan şəxslər arasında Mabel Matiz, Feyza Civelek, Onur Tuna, Osman Haktan Canevi, Aslıhan Turanlı və digər tanınmışlar var.
İstintaqa görə, məşhur şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiklərinə dair məlumatlar, rəqəmsal materiallar, eləcə də digər sübutlar araşdırılıb. Bunun əsasında İstanbul və Muğlada ümumilikdə 25 ünvanda əməliyyat keçirilib.
Saxlanılma qərarı verilən məşhurlar bunlardır:
Serenay Sarıkaya
Berkay Şahin
Tan Taşcı
Yağmur Ünal
Mirgün Sırrı Cabas
Hakan Aydın (Blok 3)
Mabel Matiz (Fatih Karaca)
Feyza Civelek
Niran Ünsal
Volkan Bahçekapalı
Onur Tuna
Osman Haktan Canevi
Aslıhan Turanlı
Eren Kesimer
Kübra İmren Siyahdemir
Mehmet Rahşan
Cansu Tekin
Özgür Deniz Cellat
Yasemin İkbal
Tarık Tunca Bakır
Hanzede Gürkanlar
Aycan Yağcı
Tuğçe Postoğlu
Eda Dora
Semiha Bezek.