Naməlum qadın Rihannanın  evini gülləbəran etdi
09 mart 2026 10:11 (UTC +04:00)

Naməlum qadın Rihannanın evini gülləbəran etdi

0

ABŞ-ın Los-Anceles şəhərində naməlum bir qadın məşhur müğənni Rihannanın evinə gələrək atəş açıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə şəhərin elit rayonlarından biri olan Beverli-Hillzdə baş verib. Qadın artıq saxlanılıb və hazırda onun bu hərəkətinin motivləri araşdırılır. 

Amerika KİV-lərinin məlumatına görə, qadın müğənninin evinə avtomobillə gəlib, tüfəng çıxararaq evə doğru 10 dəfə atəş açıb. Polis evin divarlarında bir neçə güllə izi aşkar edib.

Müğənni hadisə zamanı evdə olub, lakin polis əməkdaşları vaxtında hadisə yerinə gəldiyi üçün o, xəsarət almayıb. Ulduzun həyat yoldaşı və uşaqlarının həmin vaxt evdə olub-olmadığı isə dəqiqləşdirilməyib.

Məlumata görə, saxlanılan qadının 30 yaşı var və hazırda müstəntiqlər onunla söhbət aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar