Nadir hallarda duş qəbul edən  və bunu problem hesab etməyən 8 məşhur
29 aprel 2026 12:09 (UTC +04:00)

Nadir hallarda duş qəbul edən və bunu problem hesab etməyən 8 məşhur

1

Hollivud adətən qüsursuz görünüş və ciddi gözəllik rutinləri ilə assosiasiya olunsa da, bütün məşhurlar gündəlik yuyunma qaydalarına əməl etmir.

Lent.az xarici mediaya istinadla gigiyenaya daha fərqli yanaşan və bu mövzuda müzakirələrə səbəb olan 8 tanınmış simanı təqdim edir.

Robert Pattinson

Duş almayan ve bunu sorun olarak görmeyen 8 ünlü

"Alatoran" (Twilight) filminin ulduzu saçlarını hər gün yumağın mənasız olduğunu düşünür. Aktyor müsahibələrinin birində: "Həftələrlə belə yaşayıram. Saçımı niyə hər gün yumalı olduğumu həqiqətən anlamıram", - deyərək uzun müddət saçına qulluq etmədiyini etiraf edib.

Kristen Bell

Duş almayan ve bunu sorun olarak görmeyen 8 ünlü

Aktrisa gigiyena məsələsində qrafikə deyil, bədənin verdiyi siqnallara güvənir. Onun fikrincə, əgər bədəndən kənar bir qoxu gəlmirsə, hər şey qaydasındadır: "Qoxu hiss etdiyiniz an, deməli, duş almağın vaxtı çatıb".

Şarliz Teron

Duş almayan ve bunu sorun olarak görmeyen 8 ünlü

Oskar mükafatlı aktrisa duşlar arasında uzun fasilələr verməyin onun üçün problem olmadığını bildirib. Teron "Təxminən bir həftə duş almadan qala bilirəm və bundan heç bir narahatlıq duymuram", - deyərək minimalist yanaşmasını bölüşüb.

Teylor Svift

Duş almayan ve bunu sorun olarak görmeyen 8 ünlü

Həkimlərin ayaq gigiyenası ilə bağlı tövsiyələrinə baxmayaraq, dünya şöhrətli müğənni bu məsələyə çox vaxt ayırmır. O, müsahibəsində bildirib ki, ayaqlarını qırxarkən istifadə etdiyi krem sabun funksiyasını da yerinə yetirdiyi üçün əlavə yumaya ehtiyac görmür.

Şia LaBeof

Duş almayan ve bunu sorun olarak görmeyen 8 ünlü

Rola girmək üçün hər cür çətinliyə qatlaşan aktyor, "Fury" filminin çəkilişləri zamanı daha inandırıcı görünmək üçün həftələrlə duş almaqdan imtina edib.

Cak Qellenhal

Duş almayan ve bunu sorun olarak görmeyen 8 ünlü

Gyllenhaal gündəlik duş almağın dəri üçün o qədər də faydalı olmadığına inanır. O, dərinin özünü yeniləməsi üçün tez-tez yuyunmağın zərərli ola biləcəyini və üzünü hər gün yumağa ehtiyac duymadığını qeyd edib.

Aşton Kutçer

Duş almayan ve bunu sorun olarak görmeyen 8 ünlü

Kutçer və ailəsinin gigiyena vərdişləri sosial mediada böyük səs-küyə səbəb olmuşdu. Aktyor gündəlik olaraq yalnız qoltuqaltı və intim nahiyələrini yuduğunu, bədəninin qalan hissəsinə toxunmadığını bildirib.

Kim Kardaşyan

Duş almayan ve bunu sorun olarak görmeyen 8 ünlü

Realiti-şou ulduzu saçları üçün xüsusi bir qrafik tətbiq edir. Saçlarını hər beş gündən bir yuyan Kim, ilk günləri fərqli modellərlə keçirdiyini, yalnız beşinci günün sonunda saçlarını tam təmizlədiyini deyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 158

Oxşar yazılar