Müğənni Aygün Mahmudova (Şükürova) gəlinləri Jalə ilə birgə “Zaurla Günaydın” verilişində qonaq olub.
Lent.az-ın məlumatına görə, proqrama qatılan gəlin müğənni baldızı barədə danışıb:
“Yoldaşım futbol klubunda müəllim işləyir. Özüm 9 ildir uşaq baxçasında müəllimə işləyirəm. Övladıma indi işləmirəm. Aygün gözəl baldızdır, ona heç baldız demək olmaz. Mənim üçün bacı olub”.
Aygün isə “Mən hər zaman bir şey olanda gəlinimizin tərəfində oluram. Qardaşımı danlayıram ki, Jaləni də götür, gedin gəzin”, - sözlərini deyib.