Müğənni oğlunu xarici ölkədə yaşayan ailəyə  qəyyumluğa   verəcək
13 mart 2024 14:02 (UTC +04:00)

Müğənni oğlunu xarici ölkədə yaşayan ailəyə qəyyumluğa verəcək

Müğənni Kəmalə Qaramollayeva ikinci dəfə ailə qurub. O, diplomat Teymur Quliyevlə evləndiyini bildirib.

Lent.az-ın xəbərinə görə, televiziya proqramında şəxsi həyatı barədə məlumat verən müğənni illər sonra ana olduğunu və yeganə övladını xaricə göndərəcəyini deyib.

“David yeganə oğlumdur, birinci nikahımdan dünyaya gəlib. 6 yaşı var. Uzun müddət övladım olmadı, o doğulduqdan sonra 5 il sənətimdən uzaq qaldım.

İsveçrədə yaşamaq arzum olub. Amma prodüserim icazə vermədi. David xaricə köçəcək. Tək. Qohumlarımın çoxu xaricdə yaşayır.

Orada qəyyumluq məsələləri var. Orada hansısa bir ailə ilə danışırsan, uşağı səndən qəyyumluq vasitəsi ilə götürürlər və dövlət maddi baxımından təmin edir. Oğlum Davidi də qəyyumluğa verəcəyəm. Arada gedib ona baş çəkəcəyəm. May ayından sənədlərin cavabı gələcək”, - müğənni bildirib.

Kəmalə Qramollayeva ərinin onunla deyil, öz şəxsi mənzilində yaşadığını deyib. 

“İkinci dəfə ailə qurdum. Həyat yoldaşım mənim deyil, özünün şəxsi mənzilində yaşayır. Subyektiv fikrim odur ki, heç zaman ailə qurduğum kişini öz evimə gətirmərəm. Bu ev oğlum Davidə məxsusdur.

Biz bu mənzilə gəlib-gedirik. Yoldaşım xaricdə olanda Davidlə bu evdə qalırıq. İkinci ərim bir dəfə ailəli olub, boşanıb, birinci ailəsindən övladları var. Onlar da xaricdə yaşayırlar”, - Qaramollayeva qeyd edib.

# 10653
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar