5 il oncə skripkaçı Utku Barış Andac ilə evlənən məşhur müğənni Aydilge sosial media hesabından ərinə mesaj göndərən qadınlara səslənib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, müğənni bildirib ki, əri ilə bir-birlərini çox sevirlər, lakin Utkunun telefonlarına müxtəlif qadınlardan çoxlu zənglər , mesajlar gəlir.
“Bəziləri ona çılpaq fotolarını göndərirlər. Bunu bəzən məni qıcıqlandırmaq, məndən daha yaxşı olduqlarını özlərinə isbat etmək üçün edirlər. Başqasının ərini əlindən almaq sizi güclü etməz. Utku belə qadınların hamısının hesablarını blok dir”,- deyə o bildirib.