Məşhur reperin arvadının ailəsi  mafiya üzvüdür?   - İDDİA
02 oktyabr 2023 13:55 (UTC +04:00)

Məşhur reperin arvadının ailəsi mafiya üzvüdür? - İDDİA

Dünyaca məşhur repçi Kanye Uestin həyat yoldaşı Bianca Censorinin ailəsinin mafiya olduğu ortaya çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kardaşyandan boşandıqdan iki ay sonra Bianca Censori ilə evlənib. Censorinin mafiya əlaqələri olan bir ailədən olduğu bilinib.

Censorinin avstraliyalı əmisi Leo Censorinin "Melbourne Al Capone" kimi tanınan mafiya lideri olduğu, atası Elia Leo Censorinin isə heroin və silah saxladığı üçün həbs cəzasına məhkum edildiyi öyrənilib.

# 2085
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar