Məşhur repçi  güllələndi
13 sentyabr 2022 16:47 (UTC +04:00)

Məşhur repçi güllələndi

"PnB Rock" ləqəbi ilə tanınan amerikalı məşhur repçi Rakim Allen öldürülüb.

Lent.az xəbər verir ki, hadisə Los-Ancelesdə baş verib. 30 yaşlı Rakim sevgilisi ilə birlikdə "fast food" restoranında olarkən binaya silahlı şəxs daxil olaraq müəssisənin işçilərindən ona yemək verməsini tələb edib.

Sonra şübhəli şəxs ifaçıya və sevgilisinə hücum edərək, onun qızıl-zinət əşyalarını götürməyə çalışıb. Silahlılar repçini güllələyiblər.

Xəstəxanaya çatdırılan R. Allenin ürəyi dayanıb. 

Məlumatlara görə, silahlılar onun olduğu məkana gəlməzdən əvvəl repçinin sevgilisinin sosial şəbəkədə paylaşdığı fotodan geolokasiyanı öyrəniblər. Hüquq-mühafizə orqanları qatilin axtarışına başlandığı bildirilir. 

Qeyd edək ki, "PnB Rock" 2016-cı ildə "Selfish" adlı sinql yayımladıqdan sonra olduqca populyarlaşmışdı.


 

# 3867
avatar

Nigar Namiq

Oxşar yazılar

Xalq artisti burnuna  pirsinq   taxdırdı

Xalq artisti burnuna pirsinq taxdırdı

25 aprel 2024 , 14:54
Hollivud filmləri  tamaşaçıları aldatdığına görə tənqid edildi

Hollivud filmləri tamaşaçıları aldatdığına görə tənqid edildi

25 aprel 2024 , 13:48
“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

25 aprel 2024 , 12:31
Şəbnəm Tapdıq alman sevgilisindən  danışdı

Şəbnəm Tapdıq alman sevgilisindən danışdı

25 aprel 2024 , 10:52
Məşhur aktyor Hollivuda  qayıtmayacağını   bildirdi

Məşhur aktyor Hollivuda qayıtmayacağını bildirdi

24 aprel 2024 , 20:49
Gənc reperə ölüm hökmü  verildi

Gənc reperə ölüm hökmü verildi

24 aprel 2024 , 18:01
Qocalar evində qalan Alen Delonun son fotosu

Qocalar evində qalan Alen Delonun son fotosu

24 aprel 2024 , 16:33
Bahar həmkarına QARĞIŞ ETDİ

Bahar həmkarına QARĞIŞ ETDİ

24 aprel 2024 , 15:49