Adını "River Red" olaraq dəyişdirən müğənni Britni Spirslə həyat yoldaşı Sem Asqari arasındakı qalmaqal davam edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 6 il birlikdə olan cütlük evləndikdən sonra yola getməyib.
Boşanma ərizəsi məhkəməyə təqdim edildikdən sonra onların münasibətlərindəki gizli məqamlar ortaya çıxıb. Hazırda cütlüyün boşanma prosesi tamamlanmaq üzrədir.
Məlumata görə, Britni bu münasibətə son qoymaq üçün keçmiş sevgilisinə altı rəqəmli məbləğdə çek yazacaq. Bununla da bitmək bilmir. Belə ki, eyni zamanda, Sem keçmiş həyat yoldaşı Britni Spirsin hesabına Los-Ancelesdə elit mənzildə yaşamağa davam edir. İfaçı bunun üçün ayda 10 min dollar ödəyir.