Məşhur aparıcının əri öldürüldü
27 yanvar 2022 09:28 (UTC +04:00)

Məşhur aparıcının əri öldürüldü

Türkiyəli tanınmış aparıcı Ece Erkenin həyat yoldaşı, vəkil Şafak Mahmutyazıcıoğlu öldürülüb. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mahmutyazıcıoğlu İstanbulun Bakırköy bölgəsindəki restoranların birində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. 

Xəstəxanaya çatdırılan vəkilin həyatını xilas etmək mümkün olmayıb. 

Xatırladaq ki, Şafak Mahmutyazıcıoğlu Ece Erkenlə  keçən ilin yayında ailə həyatı qurmuşdu və 2 uşaq atası idi. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4860
avatar

Sevinc Fərid

Oxşar yazılar