“Ruslanı qadınlara qısqanırsan?” sualını cavablandıran aparıcı Çinarə Əliyeva “Pul mənim gözümü elə tutub ki, onu heç kimə qısqanmıram. Özümü isə tanıya bilmirəm” deyib.
Lent.az-ın xəbərinə görə, aparıcı xanım "Xəzər axşamı" proqramında maraqlı açıqlamaları ilə diqqət çəkib.
“Ruslanla nişanlı olanda aramızda çox davalar olurdu. Amma ailə qurandan sonra yaxşılığa doğru həyatım dəyişib. Aramızda söz-söhbət olmur, bir-birimizi başa düşürük. Ruslan səhər işə gedib, axşam saat 7- də evə gəlir. Mən 7 də evdən çıxıb gedirəm məclisə, bir də gecə saat 12-də gəlirəm. Ona görə, aramızda problemlər olmur”,- deyə o bildirib.
Qeyd edək ki, Çinarə Əliyeva efirlə yanaşı toy və xınayaxdı məclislərində də aparıcılıq edir.