Məşhur aktrisa ərinin ölümündən   sonra İLK DƏFƏ göründü
04 avqust 2022 13:00 (UTC +04:00)

Məşhur aktrisa ərinin ölümündən sonra İLK DƏFƏ göründü

Türkiyəli məşhur aktrisa Özgü Namal uzun müddət sonra uşaqları ilə birlikdə Bodrumda görüntülənib. 

Lent.az xəbər verir ki, o, iki il əvvəl həyat yoldaşının qəfil ölümü ilə sarsıldığı üçün  mətbuatdan uzaqlaşmışdı. 

Bodrumda görüntülənən 43 yaşlı aktrisa uşaqları ilə əvvəl səhər yeməyi yeyib, daha sonra sahildə dostları ilə söhbət edib. 

Qeyd edək ki, Özgü Namalın həyat yoldaşı Ahmet Serdar Oral 2020-ci ildə vəfat etmişdi. İnfarkt keçirən Oral Muğla Köyceğiz Dövlət Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və 53 yaşında dünyasını dəyişmişdi. 

Onu da xatırladaq ki, Özgü Namal ən çox "Kurtlar Vadisi" serialındakı Elif obrazı ilə yaddaşlarda qalıb. 


 

# 4215
avatar

Sevinc Fərid

Oxşar yazılar