Əvvəllər münasibətdə olduqları deyilən amerikalı model Gigi Hadid və Hollivud aktyoru Leonardo Di Kaprio yenidən ictimaiyyət qarşısında görüntülənib.
Lent.az xəbər verir ki, bu barədə “Page Six” yazıb.
Məlum olub ki, 28 yaşlı model və 48 yaşlı kino ulduzu Hemptonsda keçirilən əyləncə gecəsinə qatılıb, ertəsi gün isə "Tao Group"un yaradıcısı Mark Pakerin ABŞ-ın Müstəqillik Günü şərəfinə təşkil etdiyi tədbirə gedib. Bildirilib ki, cütlük bir-birinin yanında vaxt keçirib.
Qeyd olunur ki, tədbirdə məşhurlarla yanaşı, iş adamı Bert Heday, aktyor Denni Abekeyser və Hadidin dostu Liya Makkarti də iştirak edib. Eyni zamanda, jurnalistlər Hadidlə aktyorun birgə şəkillərini dərc etməyiblər.
Məşhurların nümayəndələri, eləcə də Hadid və Di Kaprionun özləri romantika haqqında şayiələrə hələ ki, reaksiya verməyiblər.