Kino çəkilişində  film kimi   HADİSƏ
11 mart 2024 13:54 (UTC +04:00)

Kino çəkilişində film kimi HADİSƏ

Türkiyədə maraqlı hadisə yaşanıb. Əsas səhnələri gecəqondu evlərindən birində gerçəkləşən “Korkma Ben Yanındayım” serialının çəkilişləri yarımçıq qalıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, çəkiliş zamanı Beykoz Bələdiyyəsi həmin evin sənədsiz olduğunu əsas gətirərək, qapısını möhürləyib və çəkiliş qrupunun işini yarımçıq qoyub. Belə vəziyyət Türkiyənin serial tarixində ilk dəfə yaşanıb. Film komandasının 60 min lirə ödədiyi evə indi nə ev sahibi, nə də filmin komandası girə bilmir.

Qeyd edək ki, filmdə Şevket Çoruh, Günay Karacaoğlu, Murat Aygen, Didem Balçın kimi məşhur aktyorlar çəkiliblər.

# 3873
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar