"İzzət məni qaçırtmaq  istəyirdi"- Aynur Dadaşova
02 dekabr 2024 12:37 (UTC +04:00)

"İzzət məni qaçırtmaq istəyirdi"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova şou proqramlardan birində maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, o bir zamanlar həmkarı İzzət Bağırovu qısqandığını və İzzətin ona evlənmək təklifi etdiyini deyib.

“Sumqayıtdan konsertdən gəlirdik. İzzət Bağırov "20 Yanvar" metrostansiyası tərəfdə dedi ki, Aynur, gəl, səni qaçırdım. Dedim ki, anandan qorxuram. Uşaqlıqdan hamı İzzətlə məni sevgili bildi, indi isə Niyam Salami ilə.

O zamanlar qızlar İzzəti dəhşətli dərəcədə sevirdilər. Gəlirdilər onu görməyə, İzzət də lovğana-lovğana çıxırdı qabaqlarına. Bu uşaqlıq qısqanclığı idi, baxırdım ağlayırdım", - o bildirib.

Aynur Dadaşova bir neç gün öncə Niyam Salaminin də ona evlilik təklifi etdiyini, lakin övladlarına görə ərə getmək istəmədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar