İbrahim Tatlısəsin qızı atası ilə bağlı deyilənlərə sərt reaksiya verdi
05 may 2023 12:47 (UTC +04:00)

İbrahim Tatlısəsin qızı atası ilə bağlı deyilənlərə sərt reaksiya verdi

Məşhur türk müğənnisi İbrahim Tatlısəsin qızı müğənni Dilan Çıtak Dubayda təşkil olunan “EMI Gala Moda” gecəsində  aldığı mükafat barədə sosial media hesabında məlumat verib.

Lent.az-ın məlumatına görə, izləyicilərin onun mükafat alması ilə bağlı yazdığı rəylər Dilanı əsəbiləşdirib.

Belə ki, izləyicilər Dilana “İbrahim Tatlısəsin qızı olduğuna görə mükafat almısan”, “Elə bir atanın qızı olmaq  xoşbəxtlikdir” kimi rəylər yazınca Dilan əsəblərini cilovlaya bilməyib.

“Əgər bacarığın varsa mütləq üzə çıxırsan. Gec və ya tez haqq öz yerini tapır. Atama görə üzümə çox qapılar bağlanıb. Ona görə istehsalçı musiqi şirkətləri mənimlə işləmək istəmirdilər. İbrahim Tatlısəsin adı üzərimdə olmasaydı ildə 2 deyil, 13 mahnım çıxardı”,- deyə o bildirib.

Qeyd edək ki, Dilan Çıtak İbrahim Tatlısəsin qızı olsa da, onun tərbiyəsi altında böyüməyib. İllərlə küsülü olan ata - bala bir neçə il öncə barışıb. Dilan İbrahim Tatlısəsin qızı olmağının ona hansı problemlər yaşatması barədə öncələr də danışıb.

# 2499
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar