İbrahim Tatlısəsdən yenidən evlənməsi ilə bağlı suallara CAVAB
19 fevral 2025 10:13 (UTC +04:00)

İbrahim Tatlısəsdən yenidən evlənməsi ilə bağlı suallara CAVAB

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs, Almaniyada verdiyi üç konsertin ardından İstanbula qayıdıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul Hava Limanında köməkçisi Tuğçə Korkmaz ilə görüntülənən sənətçi, aralarındakı dini nikah iddialarına cavab verib: "Xanım mənim nikahlı həyat yoldaşım deyil."

Tatlısəs, Mannheim, Nürnberg və Münhendə ardıcıl üç gecə konsert verdikdən sonra İstanbula dönüb. Hava limanında pərəstişkarları ilə söhbət edən sənətçi, jurnalistlərin suallarını da cavablandırıb.

Tuğçə Korkmaz ilə dini nikah iddiaları barədə sual verildikdə, İbrahim Tatlısəs narazılığını ifadə edərək belə deyib: "50 dəfəmi deyəcəyəm? Xanım mənim nikahlı həyat yoldaşım deyil. O, mənə insan kimi baxır, hər şeyimi edir, hər şeyimi."

Tuğçə Korkmaz isə suallara yalnız təşəkkür edərək cavab verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1070

Oxşar yazılar