Avqustun 25-də “İmperator” ləqəbli İbrahim Tatlısəsin də olduğu maşın qəza törətmişdi.
Lent.az xəbər verir ki, yağışlı havada yük maşını ilə toqquşan minibusdan çıxarılan İbrahim Tatlısəs kameralara görünməmək üçün kömək edənlərdən gizlədilməyi tələb etmiş, polislər hadisə yerinə yataq örtükləri gətirərək onları gizlətmişdilər.
Ölümdən dönən Tatlısəsin həmin anda nə üçün gizlənmək istəməsi hamını təəccübləndirmişdi. Çünki elə həmin gün axşam usta sənətkar ayağı gipsdə tamaşaçılar qarşısına çıxmış, öncədən təşkil olunmuş konsertini stulda oxuyaraq yola vermişdi. Gipsli ayaqlarını da açıq-aşkar nümayiş etdirmişdi.
Sosial media hesablarında verdiyi qalmaqallı açıqlamalarla gündəmə gələn menecer Onur Akay maraqlı iddia səsləndirib. O qeyd edib ki, qəza günü İbrahim Tatlısəs tək olmayıb, avtomobildə onun yanında özündən 49 yaş kiçik sevgilisi Berka Gül də var idi. İbrahim məhz Berkanı gizlətmək üçün örtük gətirilməsini tələb edib.
İbrahim Tatlısəsin yeni sevgilisi Berka Gül 21 yaşındadır və onar artıq bir neçə dəfə kameralar önündə birlikdə poz veriblər.
69 yaşlı İbrahim Tatlısəs bir müddət öncə özündən 43 yaş kiçik sevgilisi gülçin Karakayadan ayrıldığını bildirmişdi.