Vasif Məhərrəmli
05 may 2022 21:38 (UTC +04:00)

Vasif Məhərrəmli

“Heç kimdən üzr istəməmişəm, istəmərəm də” - Vasif Məhərrəmli

Əməkdar artist Vasif Məhərrəmli “Qurd Qapısı” restoranının rəhbərliyindən üzr istəməyib. 

Lent.az-a açıqlama verən müğənni bildirib ki, bir neçə saytlarda dərc olunan “Vasif Məhərrəmli üzr istədi” başlıqlı xəbərlər həqiqəti əks etdirmir:

“İlk öncə onu deyim ki, mən nə danışdığımı və necə hərəkət etdiyimi bilən insanam. Heç bir hərəkətimə görə heç kimdən üzr istəməmişəm, istəmərəm də. Yazılanlar sadəcə uydurmalardı. Nə mən nə də mənim işçilərim heç kəsdən üzr istəməyib. Bu barədə son dəfə danışıram. Daha heç kimsə məni bu mövzuyla bağlı narahat etməsin”.

Qeyd edək ki, bəzi saytlar Vasif Məhərrəmlinin “Qurd Qapısı” restoranının rəhbərliyindən üzr istəməsi barədə xəbər dərc etmişdi.
 

# 3660
avatar

Yalçın UĞUR

Oxşar yazılar