Türkiyəli aktrisa Hande Erçel iş adamı Hakan Sabancı ilə münasibəti, həm də sosial şəbəkələrdəki paylaşımları ilə adından söz etdirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Hakan Sabancı ötən gün İstanbul hava limanında görünüb.
Sevgilisi Hande Erçel ilə getdiyi İtaliya tətilindən tək qayıdan Sabancı onu gözləyən avtomobilə minərək oradan ayrılıb.
Hakan Sabancı ilə səyahət etməkdən doya bilməyən Hande Erçel bir müddət əvvəl İtaliyada istirahət edib. İtaliyada tətildə olan Hande Erçelin bikinili pozaları 1 saatda 500 min insan tərəfindən bəyənilib.