Türkiyənin tanınmış müğənnisi Hadisə Avropaya turneyə gedib. Onun mart ayına qədər 18 konsert verəcəyi gözlənilir.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Almaniyada jurnalistlərin suallarını cavablandıran müğənni maraqlı açıqlamalar verib.
O ilk görüşdə eşqə inandığını, ilk dəfə 17 yaşında ikən alman bir ofisianta vurulduğunu bildirib.
Hollandiyada doğulub böyüyən Hadisənin ilk sevgisinin ömrü 6 il sürüb.
“Həyatım da adım kimidir. Hadisələrlə doluyam. Sevməyi, sevilməyi sevirəm, amma daha eşq həyatımı 7/24 zəbt etmir. Sevdiyim kişi üçün hər şeyi edərəm. Hadisəyə tövsiyə verəsi olsam, ona “bir az daha rahatlan, bəsdir” demək olardı”, - o bildirib.
Hadisə bədənini çox sevdiyini, kürək nahiyəsinin isə qüsursuz olduğunu bildirib.
O, eşq yaralarını tənha qalaraq sağaltdığını da dilə gətirib.