Gülay Zeynalovanın anası buna görə ağladı - FOTO
30 avqust 2022 18:43 (UTC +04:00)

Gülay Zeynalovanın anası buna görə ağladı - FOTO

Müğənni Gülay Zeynalova bu dəfə anasından danışıb.

Lent.az xəbər verir ki, o, "Tam vaxtıdır" verilişində açıqlamalar verib. 

G. Zeynallı uşaq vaxtı onun üçün ağlayan anasını təsəlli etməsindən danışıb: 

"Anam mənə görə işdən tez-tez icazə alırdı. Bir dəfə anama dedilər ki, nə olub, hər gün Gülayı o qapıya, bu qapıya aparırsan? Zeynəb Xanlarova olacaq bu? Yəni ki, deyirdilər ora-bura aparmaqla deyil. Musiqi məktəbində forte-piano ifa edirdim. Anam kitabxanada işləyirdi, məktəbdən gəldim, gördüm ki, anam ağlayır. Dedim ki, ana, Zeynəb xanım Xanlarova olmasam da, İnşallah, sənin qızın - Gülay Qədirova olaraq mənim də ismim tanınar. Heç vaxt sənin əziyyətini yerdə qoymaram dedim. 

Elə də oldu. Allah anamın da, mənim də əziyyətini yerdə qoymadı. Əsas odur ki, Allah ağlımızı başımızdan almadı. Hər zaman yaxşı insanlarla rastlaşdıq və dəstək olanlarımız da çox oldu".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2913
avatar

Nigar Namiq

Oxşar yazılar