"Gəlinimin iki əri var, biri oğlum biri də..." - Mətanətdən CAVAB  - VİDEO
02 noyabr 2021 09:49 (UTC +04:00)

"Gəlinimin iki əri var, biri oğlum biri də..." - Mətanətdən CAVAB - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli gəlini Canananın onun haqqında söylədiyi ittihamlara cavab verib.

Lent.az xəbər verir ki, müğənni “Təsir dairəsində” bu sözləri deyib:

“Əvvəl gündən oğlum Canananın maşın sürməyini istəmirdi. Mən razı oldum, maşın sürdü. Günahkar mənəm. Gözəllik salonunu da məndən icazəsiz açıb. Türkiyədə qızımın yanında idim. Gəldim gördüm, şoka düşdüm. Düz 2-3 ay salonuna getmədim. Ağlaya-ağlaya gəldi, dedi ki, sən mənim anamsan, mənə dəstək ol.

"Yox" dedim, sonra söylədim ki, elə üç övladını böyüt, bu bizim bəsimizdi. Anasının ruhuna and içdi ki, salonu evdən idarə edəcək. Amma əksi oldu. Bu insan evdə tapılmadı. Uşaqlar nəyə görə analarını istəmir? Uşaqlar qayğısızlıqdan evdə tək qalırdılar. Uşaqları sənin əlindən dartıb almamışıq ki...

Moskvadan gələn kimi uşaqlar bizdən yapışıb əl çəkmədilər. Bu dayısının boşanmış arvadının evində yaşayır. Bu evdə tapılmır. Nə gecə, nə də gündüz. Hansı ata öz uşağına işgəncə verir? İndi oğlum uşağına bir sillə vurubsa, bu döyməkdi? Özü uşaqlarını döyməyib? Gəlinim barışmaq istəmir. Azad və sərbəst olmaq istəyir. Oğluma deyib ki, sən özün üçün, mən də özüm üçün sərbəst yaşayaq. 

Oğlumu hədələyir. Onun səs yazıları bizdədir. Bizi şantaj edir, hədələyir. Uşaqlarını istəyən ana deyər ki, Mətanət xanım, mənə ev verin, gedim övladlarımı o evdə saxlayım. Sən bu sözü mənə nə zaman dedin? Maşını da ona mən almışam. Bütün günahkar mənəm. Çünki ona maşın alandan, salon açandan sonra o qız bütöv dəyişdi. Oğluma elə qışqırır ki... Mən şoka düşürəm. Oğlum da illərdi bu dərdi ürəyində saxlayıb, mənə demir. Sənin iki dənə ərin var, biri Mətanət biri də oğlum. Nə istəyir verirdik. Onun heçnəyi əksik olmayıb. Düz bir ildir susuram. Çünki nəvələrimin anasıdır. Onun namusu üçün nəsə deyə bilmərəm. Çünki Allah göydən baxır”. 

Qeyd edək ki, Canana Lent.az-a müsahibsəində M.İsgəndərli barədə bu sözləri demişdi: 

“Toyumdan 2 ay sonra anam rəhmətə getdi. Sonra qardaşımı maşın vurdu, komaya düşdü. 28 yaşı var idi. Xəstəxanada aparata qoşulmuşdu. Körpəm iki aylıq idi, Mətanətdən icazə aldım ki, xəstəxanaya qardaşımın yanına gedim. İcazə verdi, getdim. Yoldaşım Kərimlə getdim. Xəstəxanada olanda tez-tez Kərimə yığdı, dedi ki, o gedib orda qardaşını sağaldandı? Onun zəngindən sonra oğlu mənə dedi ki, niyə anam hirslənməlidir? Maşını da bərk sürürdü. Həmin anda ayağımı maşının qapısından çölə çıxartdım, ayaqqabının altından qığılcım çıxırdı. Bir sözlə, evə çatdıq, qapıdan içəri girən kimi Mətanət İsgəndərli qəndqabını başıma atdı, başımı əydim, divara dəydi. Yalan danışıramsa, Allah mənə qənim olsun. 

Öz övladlarına nə yaşadıbsa, mənim də övladlarıma yaşadır. Qanunla övladımı məndən ala bilməzlər, amma alıblar. Mən əxlaqsız, dəli deyiləm ki, uşağımı məndən alırlar. Övladımı geri istəyirəm. Göydə Allah var, məndən övladımı ala bilməyəcəksən. Etdiyinin cəzasını Allahdan istəyirəm. Allah səni də öz övladlarınla sınağa çəksin”.  

# 9375
avatar

Yalçın UĞUR

Oxşar yazılar