Rusiyanın estrada ulduzu Filipp Kirkorov erməni əsilli bloger David Manukanyanı (Dava) hədələyərək, onu “Maska” şousundan qovacağını bildirib.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, şouda akula maskası altında kimin gizləndiyini müzakirə edərkən münsiflərdən biri bunun Dava olduğunu söyləyib.
Kirkorov isə deyib ki, əgər o kostyumun altında Dava gizlənibsə, onu şoudan rədd edəcək.
“Niyə?” sualına müğənni, “O özü nə qələt elədiyini bilir” cavabını verib.
“Onun harası akuladır. O olsa olsa, piranadır”, - estrada ulduzu bildirib.